• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir məhdudiyyət tətbiq olunacaq

Azərbaycanda daha bir məhdudiyyət tətbiq olunacaq
28.05.2020 20:52
Azərbaycanda 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinə, birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün aylıq yürüş həddi məhdudlaşdırılıb.
 
Anews.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla əlaqədar "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.
 
Qüvvədə olan qərarda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda xidməti minik vasitələri üçün aylıq yürüş həddi 2 min kilometrdir. İşin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması bütün kateqoriya dövlət orqanlarının rəhbərlərinə xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır. Dəyişikliyə əsasən, bundan sonra bu hal yalnız ali-III kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələrinə şamil ediləcək. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinə, birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün aylıq yürüş həddi isə 2 min kilometr müəyyənləşib.
 
Yəni, işin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinə xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılmayacaq.
 
Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.
 
Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları 4-cü kateqoriya, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri isə 5-ci kateqoriya dövlət orqanlarıdır.APA

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol