• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın bu açıqlaması gülüş hədəfi oldu: “Virus Azərbaycanın qarşısında əlacsız qalıb”

Deputatın bu açıqlaması gülüş hədəfi oldu: “Virus Azərbaycanın qarşısında əlacsız qalıb”
29.05.2020 00:46
Deputat Pərvin Kazımzadənın Modern.az saytına verdiyi müsahibədə işlətdiyi ifadələr sosial şəbəkədə gülüş hədəfinə çevirilib.

Anews.az bildirir ki, xanım deputat müsahibəsində koronavirus pandemiyasının Azərbaycanın həyata keçirdiyi tədbirlər qarşısında əlacsız qaldığını deyib və bu da  onu hədəfə gətirib. P. Kazımzadə "Ölkəmiz karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaqmı?” sualına belə cavab verib:

"Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.

Azərbaycan xalqı yaxşı bilir ki, hər zaman xoş gündə də, dar gündə də onların yanında olan dövlət rəhbərləri var. Ölkəmizin daxili və xarici siyasətində əldə edilən uğurlar, iqtisadi tərəqqi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş operativ tədbirlər, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması deməyə əsas verir ki, belə çətin vaxtda da Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaq. 

Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, eyni zamanda iş yerlərinin saxlanılması üçün dövlətin dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına xidmət edib.

Koronavirus pandemiyasının tüğyan etdiyi çətin bir vaxtda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi, bütün istiqamətlər üzrə ölkədəki vəziyyətin hesabatı göstərdi ki, koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətin qarşısında əlacsız qalır”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol