• $
  • €
  • ₽
  • ₺
  • £

"Yelo Bank" səlahiyyətlərindən sui-istifadə edən əməkdaşlarını cəzalandırdı

"Yelo Bank" səlahiyyətlərindən sui-istifadə edən əməkdaşlarını cəzalandırdı
06.05.2020 11:31
Yelo Bank səlahiyyətlərindən sui-istifadə edən əməkdaşlarını cəzalandırdı və hüquq-mühafizə orqanlarına müraciət etdi Yelo Bank əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar açıqlama yayıb.
 
Bankın yaydığı açıqlamada deyilir ki, 2020-cii ilin martın 17-də Yelo Bankın (keçmiş Nikoil Bank) müvafiq strukturları tərəfindən filial müdirinin və əməkdaşının qanunsuz əməlləri aşkarlanıb. Martın 19-da isə bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilib. Daxili araşdırma aparıldıqdan sonra həmin əməkdaşlar müvafiq maddə ilə işdən çıxarılıb və əlavə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə göndərilib.
 
Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia: "Sevindiricidir ki, tərəfimizdən göndərilən məlumatlar hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərin saxlanılmasına kömək edib və inanırıq ki, onlar qanun çərçivəsində layiqli cəzasını alacaq. Biz həm də əməkdaşlıq çərçivəsində məlumatların hüquq-mühafizə orqanlarına ötürdüyü üçün Maliyyə Monitorinqi Xidmətinə minnatdarıq. Yelo Bankın dəyərləri şəffaflığa əsaslanır ki, bu da bizim fəaliyyətimizin əsasıdır. Vəzifəsindən asılı olmayaraq, istənilən əməkdaşlarımız tərəfindən yol verilən qanun pozuntusu bağışlana bilməz. Baş verənlərdən banka heç bir maddi zərər dəyməyib. Buna baxmayaraq, təəssüf edirik ki, iki əməkdaş qanunsuz əmələ əl ataraq həm özünü biabır etdi, həm də işlədiyi kollektivə ləkə saldı. Mən təcrübəli və öz işinə sadiq olan daxili nəzarət komandasına təşəkkür edirəm. Məhz onların sayəsində bu faktlar aşkarlandı və operativ reaksiya verildi. Biz həm də prinsipial mövqe tutaraq qanun pozuntularını araşdıran və onlara qiymət verən, həmin əməkdaşların işdən çıxarılmasına qərar verən hər bir əməkdaşımıza təşəkkür edirik. Mən həm də Maliyyə Monitorinqi Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərdiyi peşəkarlığa görə minnətdaram".






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol