Bu tələbələr semestr imtahanlarını sentyabrda verəcək - RƏSMİ

"İyun-iyul aylarında imtahanda iştiraka hazır olmayan tələbələr üçün tədris ili öncəsi, yəni avqustun sonu, sentyabrın ilk 15 günü ərzində ali təhsil müəssisələrində tədris semestrinin sessiyası keçiriləcək”.
Anews.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
"O tələbələr barədə ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat mövcuddur”.
www.anews.az
























