• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin səsi kəsiləcək - MÖTƏBƏR MƏNBƏ TAPILDI - VİDEO

Ermənilərin səsi kəsiləcək - MÖTƏBƏR MƏNBƏ TAPILDI - VİDEO
14.05.2020 15:23
Kürəkçay müqaviləsinin 215-ci ildönümündə Sosial Tədqiqatlar Mərkəzinin Baş məsləhətçisi, professor Əfqan Vəliyev tərəfindən nadir əlyazma əldə edilərək ictimaiyyətə təqdim edilib. Sözügedən tarixi toplu Rza qulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərinin Qarabağ tarixi barədə farsca yazılmış 123 səhifəlik əlyazmasıdır.

Müəllifin etiraf etdiyi kimi O, atası Mirzə Camalın "Qarabağ tarixi”ni xülasə edib

Professor bildirib ki, Rzaqulu bəy atasının yazdığı tarixə bir neçə dəyərli əlavələr etdiyindən izahları ilə birlikdə çap olunmasını məqsədəuyğun biliblər:
"Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq”.

Qeyd edək ki, Azərbaycan xanlıqları içərisində Qarabağ xanlığı maddi və insan ehtiyatlarına, iqtisadi və hərbi qüdrətinə görə xüsusi yer tutur. Qarabağ xanlığının tarixini ayrıca və dərindən tədqiq edilməsi bədnam qonşularımız olan ermənilərin Qarabağın tarixini saxtalışdırmaq cəhdlərini boşa çıxarmaq, Qarabağ ərazisinin əzəldən Azərbaycan torpağı olduğunu sübut etmək üçün çox əhəmiyyətlidi.

İki çap vərəqindən də az olan bu əsər beş hissəyə bölünüb. Əsərin son hissəsində müəllif xanlıqda yaranmış vəziyyət nəticəsində Şuşada Pənahəli xanın qocalığından istifadə edən əyanların bütün idarə işlərini öz əllərinə alaraq iki düşmən dəstəyə bölündüyündən bəhs edir. Əsər 1805-ci il Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay dövrünə qədər əhatəli məlumat da yer alır.

Əlyazma 1912-ci ildə təkrarən üz köçürülmə ilə yenilənib və 1919-cu ildə Azərbaycan Cumhuriyyətinin rəhbərləri əlyazmadan daşnaklarla görüşlərdə etibarlı mənbə kimi istifadə edib və mənbə etibarlılıq dərəcəsinə görə bütün erməni iddialarını təkzib etməyə tamamilə yararlı olub. Mənbə həm də Qarabağda erməniləşmə prosesini göstərən ən ciddi sənədlər toplusu hesab olunur.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol