• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədov karantin günlərindən və son həbslərdən danışdı

Ziya Məmmədov karantin günlərindən və son həbslərdən danışdı
28.05.2020 23:24
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimindən və bu günlərdəki fəaliyyətindən danışıb.

Anews.az Musavat.com-a istinadən verdiyi xəbərə görə, sabiq nazir bildirib ki, karantin günlərində dövlətin qoyduğu qaydalara əməl etməyə çalışıb:

"Karantin günlərini çox ciddi şəkildə keçirib, dövlət tərəfindən qoyulan qaydalara əməl edirəm. Bu günlərdə heç bir rayona getmədim. Karantin günlərini Bakıda keçirirəm. Qoyulan qaydalara əməl etmək bizim vətəndaşlıq borcumuzdur. Son günlər karantin rejimində yumşalma olsa da, hələ ki çölə çıxmamışam. Lakin çıxmaq niyyətim var”.

Ziya Məmmədov son dövrlərdə icra başçıları və yüksək ranqlı məmurların korrupsiya əməllərinə görə saxlanılması məsələsinə aşağıdakı kimi münasibət bildirib:
"Dövlətin bütün tədbirlərini bütün dövrlərdə dəstəkləmişəm, dəstəkləyirəm və uğurlar arzu edirəm. Onların əməllərinə isə hüquq-mühafizə orqanları qiymət verəcək. Başqa fikir bildirmək istəmirəm".

Sonda Ziya Məmmədov hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib:

"Bu günlər ərzində mən də oruc tutub, ibadətimi etmişəm. Allah hər kəsin oruc-namazını qəbul etsin”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol