• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ermənilərin mülki vətəndaşımızı öldürməsi faktı ilə bağlı cinayət işi başladıldı - RƏSMİ

Ermənilərin mülki vətəndaşımızı öldürməsi faktı ilə bağlı cinayət işi başladıldı - RƏSMİ
15.07.2020 17:57
2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Baş Prokurorluqdan Anews.az-a verilən məlumata görə, təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olub.
 
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 14:28
Prezidentdən yeni təyinat - Sərəncam
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Siyasət 14:26
PrezidentAzərbaycanla Çin arasında bu müqaviləni təsdiq edib
Prezident Sərdar Ayazı qəbul edib
Siyasət 11:22
Prezident Sərdar Ayazı qəbul edib
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol