• $
  • £

XİN-dən Polad Bülbüloğluna ciddi təlimat

XİN-dən Polad Bülbüloğluna ciddi təlimat
19.06.2014 23:35
"Rus jurnalistlərin işğal altında olan ərazilərimizə qanunsuz səfərləri ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə təlimat verilib".
Bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Rusiyanın tanınmış idman jurnalistlərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, məsələ səfirliyimizin ciddi nəzarətindədir:
"Onu da qeyd edim ki, Azərbaycanın işğal olunmuş ərazilərinə edilən qanunsuz səfərlər məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və prinsipialdır. Bu səfərlərlə bağlı konkret bir nəticə əldə olunandan sonra tərəfimizdən müvafiq tədbir görüləcək".
Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında bir qrup rus jurnalistin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri barədə məlumat yer alıb.
Rus jurnalistlər mayın 31-də Xankəndində 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak ediblər. Onların arasında “NTV Plyus” telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, “R-Sport” idman agentliyinin müxbiri Maksim Allanazarov, “Perest” telekanalının idman müxbiri İqor Kitmanov, “NTV Plyus”-un şərhçisi Filipp Kudryavtsev də var. Jurnalistlər Xankəndində çəkdirdikləri şəkli sosial şəbəkədə paylaşıblar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
Siyasət 13:33
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Siyasət 13:25
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Siyasət 12:12
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol