• $
  • £

Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq

Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq
27.01.2021 21:52
Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze rusiyalı senator Qriqori Karasin ilə növbəti görüşündə iki ölkə arasındakı quru sərhədinin açılması məsələsini müzakirə edəcək.

Bu barədə TASS məlumat  yayıb.

"Rusiya ilə sərhədin açılması epidemioloji vəziyyətdən asılıdır. Problem məhz elə bundadır. Ümid edirəm ki, tezliklə həm bizdə, həm də bütün dünyada koronavirusla bağlı vəziyyət sabitləşəcək və biz sərhədlərin açılması məsələsini müzakirə edə biləcəyik”, - deyə Abaşidze bildirib.

Gürcüstanlı diplomatın sözlərinə görə, o, yaxın zamanlarda Q.Karasin ilə onlayn görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında yeganə quru yolu olan Kazbek - Yuxarı Lars sərhəd keçid məntəqəsi 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən bağlanıb. İki ölkə arasında hava əlaqəsi də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyadan sonra dayandırılıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Siyasət 16:28
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Siyasət 13:32
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Siyasət 13:25
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Prezident Milix Yevdayevi təltif edib
Siyasət 14:02
Prezident Milix Yevdayevi təltif edib
Zakir Həsənov Pakistana başsağlığı verdi
Siyasət 21:08
Zakir Həsənov Pakistana başsağlığı verdi
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Siyasət 14:06
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
Siyasət 13:48
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol