• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxlaydı - Tapşırıqlar verdi

Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxlaydı - Tapşırıqlar verdi
04.08.2021 17:51
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.


Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə olub.


Nazir şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.


Müdafiə nazirinə məruzə olunub ki, komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.


Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.


Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.


Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Abbas Əraqçi ikitərəfli məsələləri müzakirə ediblər
Siyasət 22:30
Ceyhun Bayramovla Abbas Əraqçi ikitərəfli məsələləri müzakirə ediblər

Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 16:28
Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib
Deputat təklif edir ki, Rusiya ilə açıq danışmaq lazımdır
Siyasət 11:45
Deputat təklif edir ki, Rusiya ilə açıq danışmaq lazımdır
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:04
Milli Məclisin növbəti iclası başlayıb
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 16:23
İlham Əliyev Tokayevi təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 10:41
Prezident sərəncam imzalayıb
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Siyasət 23:19
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol