Prezident görüş keçirdi - Foto
![Prezident görüş keçirdi - Foto Prezident görüş keçirdi - Foto](https://anews.az/photo/850x500/2021-11/1636467914_1636466743893729146_1000x669.jpeg)
Prezident İlham Əliyev bu gün Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı təbrikə və xoş arzulara görə minnətdarlığını bildirib.
Görüşdə Vətən müharibəsində əldə etdiyimiz Qələbənin önəminə toxunularaq, bunun bütün türk dünyası tərəfindən böyük sevinc hissi ilə qarşılandığı bildirilib. Müharibənin ilk günlərindən Türkiyə dövlətinin, şəxsən Prezident Rəcəp Tayyib Ərdoğanın və türkiyəli parlamentarilərin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi olaraq vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
![](https://anews.az/file/articles/2021-11/1636467940_1636466744995931471_1000x669.jpeg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)