Ceyhun Bayramov Darxan Kıdırəli ilə görüşdü - Foto
![Ceyhun Bayramov Darxan Kıdırəli ilə görüşdü - Foto Ceyhun Bayramov Darxan Kıdırəli ilə görüşdü - Foto](https://anews.az/photo/850x500/2021-11/1636656211_xinnnesas.gif)
Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.
Bu barədə Anews.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Türk Akademiyası ilə bağlı müvafiq çoxtərəfli sənədlərin imzalanması prosesinin başa çatmasından məmnunluq ifadə edən nazir, bundan sonra təşkilatın daha aktiv fəaliyyət göstərəcəyinə inandığını, bu istiqamətdə Azərbaycan tərəfinin hər cür dəstəyə hazır olduğunu ifadə edib.
Darxan Kıdırəli carici işlər naziri Ceyhun Bayramova 10-cu əsrdə, Qaraxanlı dövləti dövründə ilk dəfə qədim Türk dilinə çevrilən və Türk Akademiyası tərəfindən çap olunan müqəddəs Qurani-Kərim kitabını təqdim edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
![](https://anews.az/file/articles/2021-11/1636656217_xin.jpg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)