Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb-VİDEO
![Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb-VİDEO Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb-VİDEO](https://anews.az/photo/850x500/2021-11/1637908476_e355a31e-c7af-34e5-8bf6-9e78eb4a156f_850.jpg)
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.
Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.
Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan "Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)