• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakıda aksiya keçirildi- SAXLANILANLAR VAR-FOTO

Bakıda aksiya keçirildi- SAXLANILANLAR VAR-FOTO
01.12.2021 17:58
Dekabrın 1-də Bakının Fəvvarələr meydanında  həbsxanada 26 gündür aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. Aksiyada 37 nəfərin saxlanıldığı bildirilib, bu barədə məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyası yayıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin ictimaiəyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev aksiyada saxlanınların sayı ilə bağlı məlumatı təsdiqləməyib və bildirib ki, yaxın zamanda bununla bağlı məlumat veriləcək. 
 
"Bu gün Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərilib.Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar",deyə Elşad Hacıyev qeyd edib.

 
Aksiya siyasi fəalların itirakı ilə "Saleh Rüstəmliyə azadlıq! şüarı ilə baş tutub. Saxlanılananlar arasında  Müsavat partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu, İlkin Rüstəmzadə və digərləri olub. 
 
Saleh Rüstəmova fevralın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsi 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib. Saleh Rüstəmov Rusiya vətəndaşı olub. 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Haimiyyətinin başçısı olub.


Samirə Əli












www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol