• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO

“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
11.12.2021 11:30
Hərbi Dəniz Qüvvələrinin (HQD)  "Dəniz təməl komando kursu”nun növbəti heyətinin buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

HDQ-nin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Ordusunun tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələri ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda İkinci Qarabağ müharibəsində rəşadətlə iştirak edərək bir daha sübut etdi ki, təcrübəli hərbçilər dənizdə olduğu kimi quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə qadirdirlər.

Türkiyədən gələn peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdikləri dəstəyə görə HDQ komandanı türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların davam etdiriləcəyi qeyd edilib.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO
Siyasət 10:15
Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Siyasət 14:07
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
Siyasət 14:48
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Siyasət 23:46
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
Siyasət 19:39
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Siyasət 11:30
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Siyasət 16:47
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol