• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Prezidentdən Ermənistana sülh çağırışı - Video

Prezidentdən Ermənistana sülh çağırışı - Video
14.12.2021 23:46
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olub. Sülhməramlı missiyamıza 2002-ci ildən Əfqanıstanda başlamışıq və bu ilin avqust ayında missiyamız tamamlanıb”.

Anews.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

"Azərbaycan hərbçiləri Əfqanıstanı tərk edən sonuncu silahlı qüvvələrdən biri olub. Həqiqətən də, bu böyük təcrübə olub.

Bu gün gələcək planlarımızı da müzakirə etdik. Azərbaycanın NATO ilə yeddi birgə təlimi olub. Bu, əslində, sülh və stabilliyə bir töhfədir.
Cənab Baş katiblə Cənubi Qafqazda müharibədən sonrakı məsələləri də müzakirə etdik.

Hər hansı müharibə riskinin minimuma endirilməsində Azərbaycan qətiyyətlidir. Ən yaxşı yol kommunikasiya, ünsiyyətə açıq olmaqdır. Biz mütləq qonşuluq şəraitində yaşamalıyıq”, - dövlət başçısı qeyd edib.

"Ermənistan tərəfindən xoş niyyət nümayiş etdirilərsə, biz də təklif etdiyimiz kimi, sülh sazişinin iki ölkə arasında imzalanmasına başlaya və düşmənçiliyə son qoya bilərik”, - İlham Əliyev bildirib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO
Siyasət 10:15
Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Siyasət 14:07
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
Siyasət 14:48
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Siyasət 23:46
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
Siyasət 19:39
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Siyasət 11:30
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Siyasət 16:47
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol