• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Deputatlara verilən bəzi pul təminatları ləğv edilib

Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
04.07.2022 10:53
Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib.


"Report"un əldə etdiyi məlumata görə, bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub.


Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatlarına verilən deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ləğv edilib.


Bundan əlavə, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.


Deputatların maaşlarının artırılması ilə bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçirilən plenar iclasında III oxunuşda qəbul edilib.


Qanuna edilmiş dəyişikliklə Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.


Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.


Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Siyasət 10:53
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Xaricdə vaksin vurduranlarla bağlı ŞAD XƏBƏR
Siyasət 21:13
Xaricdə vaksin vurduranlarla bağlı ŞAD XƏBƏR
Koronavirusla əlaqədar bu qərara dəyişilik edildi - RƏSMİ
Siyasət 14:46
Koronavirusla əlaqədar bu qərara dəyişilik edildi - RƏSMİ
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Siyasət 16:47
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxub
Siyasət 17:11
Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxub
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu
Siyasət 12:24
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu
Əhəd Abıyev koronavirusa yoluxub? - RƏSMİ
Siyasət 09:44
Əhəd Abıyev koronavirusa yoluxub? - RƏSMİ
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu
Siyasət 11:06
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu
Koronavirusa yoluxan deputatdan xəbər var
Siyasət 10:40
Koronavirusa yoluxan deputatdan xəbər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol