Türkiyə Ukraynaya sursat tədarük edir? - AÇIQLAMA
Türkiyədən Ukraynaya Amerika tipli kaset sursatlarının çatdırılması ilə bağlı xəbərlər dezinformasiyadır. Bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
"Siz bizdən dezinformasiyaya münasibət bildirməyimizi xahiş edirsiniz. Görmürsünüz ki, Türkiyə sülh üçün çalışan yeganə ölkədir? Prezident Ərdoğan hər iki liderlə danışa bilən və güvənən yeganə liderdir”, - mənbə bildirib.
O, həmçinin qeyd edib ki, bu mesajlar Türkiyə tərəfinin sülh yolu ilə nizamlanma səylərinə zərbə vurmaq istəyənlərin maraqlarına xidmət edir.
Bir müddət əvvəl "Foreign Policy" jurnalı məlumatlı ABŞ və Avropa rəsmilərinə istinadən yazıb ki, Türkiyə Ukraynanı Soyuq Müharibə dövründən qalma kaset sursatları ilə təchiz etməyə başlayıb. Nəşrin məlumatına görə, Türkiyə 2022-ci ilin noyabrından etibarən Kiyevi qabaqcıl kaset sursatları ilə təmin edir.
www.anews.az

Yanvarın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Ukraynaya sursat tədarük etməyə başlaması ilə bağlı məlumatı şərh edib. Kreml sözçünün sözlərinə görə, bu məlumatın etibarlılığından danışmaq çətindir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər