• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Sülhməramlıların müşayiəti ilə Qarabağa qanunsuz hərbi yüklər daşınır - VİDEO

Sülhməramlıların müşayiəti ilə Qarabağa qanunsuz hərbi yüklər daşınır - VİDEO
11.03.2023 12:42
Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.

Bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir. Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi Bakı həbsdə olan şəxslərin azad edilməsinə çağıran diplomatlara qəzəblənib - VİDEO
Siyasət 22:29
Rəsmi Bakı həbsdə olan şəxslərin azad edilməsinə çağıran diplomatlara qəzəblənib - VİDEO
Vəfa Nağı namizəd olduğu dairədəki pozuntularla bağlı brifinq keçirir- CANLI
Siyasət 15:36
Vəfa Nağı namizəd olduğu dairədəki pozuntularla bağlı brifinq keçirir- CANLI
Ermənilər  təcili tibbi yardım maşınlarında Qarabağa silah daşıyır - VİDEO
Siyasət 15:21
Ermənilər təcili tibbi yardım maşınlarında Qarabağa silah daşıyır - VİDEO
Sülhməramlıların müşayiəti ilə Qarabağa qanunsuz hərbi yüklər daşınır - VİDEO
Siyasət 12:42
Sülhməramlıların müşayiəti ilə Qarabağa qanunsuz hərbi yüklər daşınır - VİDEO
Hərbi Hava Qüvvələrində təlimlər keçirilib - VİDEO
Siyasət 17:51
Hərbi Hava Qüvvələrində təlimlər keçirilib - VİDEO
400-dən çox erməni Kəlbəcəri ziyarət edib
Siyasət 12:01
400-dən çox erməni Kəlbəcəri ziyarət edib
General Hikmət Həsənovun içində olduğu maşım minaya düşdü-VİDEO
Siyasət 16:43
General Hikmət Həsənovun içində olduğu maşım minaya düşdü-VİDEO
İran tırları niyə Gorus-Qafan yolundan keçə bilmir?-VİDEO+RƏSMİ AÇIQLAMA
Siyasət 17:02
İran tırları niyə Gorus-Qafan yolundan keçə bilmir?-VİDEO+RƏSMİ AÇIQLAMA
General leytenant Kərim Vəliyevin Türkiyədə qarşılanması anı-VİDEO
Siyasət 16:09
General leytenant Kərim Vəliyevin Türkiyədə qarşılanması anı-VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol