Albaniya Prezidenti Bayram Beqay X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 11-də Azərbaycana işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşılayıblar.