• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Qarabağdakı qələbəsi ədalətin və inamın zəfəridir - Pakistan baş naziri

Azərbaycanın Qarabağdakı qələbəsi ədalətin və inamın zəfəridir - Pakistan baş naziri
08.11.2025 14:34

Azərbaycanın zəfəri “ədalətli bir mübarizənin şanlı təsdiqi” və “suverenliyi uğrunda mübarizə aparan xalqlar üçün ümid işığıdır. Bunu Pakistanın Baş naziri Bakıda keçirilən 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxış edərək bildirib.

“Azərbaycanın cəsur oğulları mənim əziz qardaşım Prezident İlham Əliyevin cəsarətli və uzaqgörən liderliyi ilə tarix çağırışına cavab verdilər və doğma Qarabağ torpaqlarını azad etdilər,” — o bildirib.

Baş nazir vurğulayıb ki, Pakistan “qardaş Azərbaycanla bir qayada kimi dayanıb və hər zaman onunla olacaq.”

O, Prezident İlham Əliyevin “müdrik diplomatiyası” nəticəsində Ermənistanla “ləyaqət və qarşılıqlı hörmət əsasında” sülhün əldə olunduğunu deyib və qeyd edib ki, “həqiqi zəfərlər yalnız döyüş meydanında deyil, həm də sülh və anlaşma körpüləri qurmaqda qazanılır.”

Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “vizyoner liderliyini” alqışlayaraq, onun Türkiyəni “müasir, strateji və iqtisadi gücə malik dövlətə çevirdiyini” bildirib.

O, həmçinin ABŞ-ın sabiq Prezidenti Donald Trampın Pakistan və Hindistan arasında sülhün bərpasında “qətiyyətli və cəsarətli liderliyinə” görə təşəkkür edib.

“Bu gün ordularımızın Azərbaycan və Türkiyə qardaşlarımızla yanaşı addımladığını, səmanın JF-17 Thunder qırıcılarının gurultusu ilə titrədiyini görmək qürurvericidir — bu, əbədi dostluğumuzun rəmzidir,” — o vurğulayıb.

Nitqinin sonunda Baş nazir Azərbaycanın şəhidlərini yad edib, onların “qanı ilə yoğrulmuş torpaqlarda açan xarıbülbül çiçəklərinin” sülh və ümidin simvoluna çevrildiyini söyləyib.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb
Siyasət 19:04
Ceyhun Bayramov: Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Siyasət 18:55
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Siyasət 18:52
Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Siyasət 18:49
Maka Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığın gündəliyi zəngindir
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Siyasət 18:45
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan münaqişələrin diplomatik yolla həllini dəstəkləyir
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Siyasət 18:40
Ceyhun Bayramov: Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsi başa çatıb
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Siyasət 18:38
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji sahəsində yeni layihəyə başlayır
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Siyasət 18:35
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Siyasət 18:32
Azərbaycan və Gürcüstan arasında 145 sənəd qüvvədədir, daha 18 sənəd üzərində iş aparılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox