• $
  • £

Rəsmi Bakı Cozep Borelin bəyanatını sərt tənqid edib

Rəsmi Bakı Cozep Borelin bəyanatını sərt tənqid edib
21.09.2023 23:00
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib:
"Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri ilə bağlı iddialarının erməni əhalisinə qarşı olması hətta Ermənistanın Baş naziri tərəfindən sentyabrın 21-də əhaliyə müraciətində təkzib edilib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Siyasət 10:21
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Prezident sərəncam imzalayıb
Siyasət 10:12
Prezident sərəncam imzalayıb
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Siyasət 23:00
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 22:58
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Siyasət 22:37
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Siyasət 22:30
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Prezident Azərbaycan Televiziyasına müsahibə verib
Siyasət 22:24
Prezident Azərbaycan Televiziyasına müsahibə verib
İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub - Yenilənib
Siyasət 22:09
İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub - Yenilənib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Siyasət 20:38
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol