• $
  • £

Ermənistan KTMT-nın iclaslarından niyə imtina etdiyini açıqlayıb

Ermənistan KTMT-nın iclaslarından niyə imtina etdiyini açıqlayıb
15.11.2023 16:15
Ermənistan  Kollektiv Təhlükəsizlik Şurasından dəstək almadığı üçün onların iclaslarında iştirak etməkdən imtina edib. Bu barədə Ermənistan mətbuatı ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadan yazıb. 
 

"2020-ci il Azərbaycanla aramızda baş verən münaqişədən sonra KTMT bizə dəstəyini göstərmədiyi üçün Ermənistan KTMT-nin iclaslarında iştirakını dayandırıb. 2020-ci ildən sonra təşkilata bir də müraciət etdik. Lakin heç bir reaksiya almadıq. O vaxtdan çoxlu suallarımız qalıb. Hələ də cavab almamışıq. Bizim  Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etməməyimiz də bu səbəbdəndir”, - Qriqoryan bildirib. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.


2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 


KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
Siyasət 21:49
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Siyasət 19:27
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Siyasət 19:05
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Donald Tramp İlham Əliyevə təbrik göndərib
Siyasət 18:30
Donald Tramp İlham Əliyevə təbrik göndərib
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 18:07
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramı təsdiqləndi
Siyasət 17:54
Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramı təsdiqləndi
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Siyasət 16:51
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Prezident onu təltif edib
Siyasət 16:47
Prezident onu təltif edib
MDB-nin Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət 16:10
MDB-nin Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol