• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır

BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır
02.02.2024 19:03

BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.

Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.

O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib. Qonaq qeyd edib ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 12 Noyabr – Konstitusiya Günü qeyd olunur
Siyasət 04:39
Azərbaycanda 12 Noyabr – Konstitusiya Günü qeyd olunur
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Siyasət 00:03
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Siyasət 18:10
Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Siyasət 18:07
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Ərdoğan COP31-ə hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 14:56
Ərdoğan COP31-ə hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
Siyasət 14:42
Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
Zahid Oruc: Ev təsərrüfatlarının uçotu barədə əhali məlumatlandırılmalıdır
Siyasət 13:26
Zahid Oruc: Ev təsərrüfatlarının uçotu barədə əhali məlumatlandırılmalıdır
Siyavuş Novruzov: ixtisarlar zamanı ən savadlı həkimlər işdən çıxarılır
Siyasət 12:29
Siyavuş Novruzov: ixtisarlar zamanı ən savadlı həkimlər işdən çıxarılır
2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri
Siyasət 12:14
2027-ci ildə müdafiə qüvvələrinə 3,37 milyard manat ayrılacaq - komitə sədri
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol