• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Xocalıda əl-ayağı bağlı skelet qalıqları aşkarlanıb - VİDEO

Xocalıda əl-ayağı bağlı skelet qalıqları aşkarlanıb - VİDEO
23.02.2024 14:23
Xocalıda aparılan su-kanalizasiya tikintisi zamanı kütləvi məzarlıq aşkar olunub. Bununla bağlı AzTV məlumat verib. 

Görüntülərdə skelet qalıqlarının əlləri və ayaqları bağlı insanlara məxsus olduğu müəyyən olunub. 
 
Xocalı Xankəndindən 14 km şimal-şərqdə yerləşir.

Şəhər 1992-ci ildə  işğal edilənə kimi Xocalıda 7 min nəfər əhali yaşayıb.  

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalıya hücum edib. . Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub,  sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan  atəş açılıb.  Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olub.
 
Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. 

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. 

Erməni qoşunları tərəfindən Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək təhqir və həqarətlərə məruz qalıb.  150 nəfərin taleyi hələ də məlum deyil.

 Xocalıda öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. 
 
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, diri-diri yandırılıb,  başları kəsilib,  üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb,  süngü ilə hamilə qadınların qarınları yarılmıb. Bu faktlar jurnalist Çingiz Mustafayevin videolarında öz əksini tapıb. 
 
 
 
 

N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Siyasət 22:55
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Siyasət 00:07
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Siyasət 22:16
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Siyasət 21:50
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Əliyev Çinlə münasibətlərdən danışıb
Siyasət 21:45
Əliyev Çinlə münasibətlərdən danışıb
Bakıda tədris mərkəzindən oğurluq edilib
Siyasət 17:19
Bakıda tədris mərkəzindən oğurluq edilib
Tokayev MDB ölkələri liderlərinin fiziki forması barədə danışıb
Siyasət 09:11
Tokayev MDB ölkələri liderlərinin fiziki forması barədə danışıb
Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb
Siyasət 20:02
Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb
Prezident ABŞ nümayəndə heyətini qəbul edib
Siyasət 19:09
Prezident ABŞ nümayəndə heyətini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol