• $
  • £

Seyran Ohanyanın ordumuz haqda söylədiyi təhqiramiz fikirlərə sərt cavab

Seyran Ohanyanın ordumuz haqda söylədiyi təhqiramiz fikirlərə sərt cavab
20.02.2014 12:48
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanın tarixi və ordusu haqqında söylədiyi təhqiramiz fikirlərə sərt cavab verib.Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı Trend-ə açıqlamasında bildirib:"Son günlərdə Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyanın qədim tarixə və ənənəyə malik Azərbaycan dövləti haqqında söylədiyi cəfəng fikirlərə münasibət olaraq qeyd edirik ki, eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin və tarixi ənənələrinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıb. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb".V.Dəgahlı hesab edir ki, Ermənistanın müdafiə naziri qədim Azərbaycan dövləti və onun tarixi ənənələri barədə danışmaqdansa, erməni milləti və Ermənistan haqqında tarixi şəxsiyyətlərin - A.S.Puşkin, A.S.Qriboyedov, Musa Xorenatsi, gürcü yazıçı və mütəfəkkir İ.Çavçavadze, fransız səyyah qraf De-Şolye, rus diplomatlar Mayevski, Paskeviçin və digərlərinin fikirlərinə diqqət yetirməsi daha məsləhətdir.Mətbuat xidmətinin rəhbəri buna misal olaraq A.S.Qriboyedovun Rusiya imperatoruna yazdığı məktubdan bir sitatı xatırladıb: "Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı hayların səpələndiyi coğrafi termin olub güclü dövlətlərin - assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqolların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur. Onlar ermənilərlə heç zaman dil tapa bilmədiklərini daim bildirmişlər. Ermənilərin hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir".Ermənistan rəhbərliyinə ismarıc yollayan Müdafiə Nazirliyinin sözçüsü əlavə olaraq bəyan edib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını hər an azad etməyə və tarixi həqiqəti bərpa etməyə hazırdır: "Böyük Ermənistan" dövləti ideyası ilə yaşayan erməni hərbi-siyasi rejimi anlamalıdır ki, Azərbaycan hərbi, iqtisadi və siyasi imkanlarına, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlara, o cümlədən Azərbaycan xalqının möhkəm iradəsinə və Silahlı Qüvvələrin gücünə güvənərək tarixi həqiqəti bərpa etməyə hər an hazırdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin "Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək" fikri dövlətimizin Dağlıq Qarabağ münaqişəsində mövqeyini birmənalı olaraq ortaya qoyur. Azərbaycanın bu istəyi tarixi ədalətə, beynəlxalq hüquq normalarına söykənir və Silahlı Qüvvələrimiz dövlət rəhbərliyinin ərazi bütövlüyümüzü bərpa etmək haqqında verəcəyi hər bir tapşırığı qısa müddətdə yerinə yetirməyə həmişə hazırdır".Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Erkrap" könüllülər ittifaqının 10-cu yubiley qurultayında Azərbaycana, onun tarixi və ordusuna qarşı təhqiramiz ifadələr işlədib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
Siyasət 15:26
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Siyasət 13:05
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib
Siyasət 13:00
Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Siyasət 11:34
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
Siyasət 23:16
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 22:14
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstana səfəri ilə bağlı videoçarx paylaşılıb

TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb
Siyasət 16:32
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb
Prezident həmkarları ilə Türküstanı gəzdi- Fotolar
Siyasət 15:07
Prezident həmkarları ilə Türküstanı gəzdi- Fotolar
Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Siyasət 12:33
Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol