• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin nümayəndə heyəti Belarusa gedib

Milli Məclisin nümayəndə heyəti Belarusa gedib
09.06.2024 21:24
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Belarusa rəsmi səfərə gedib.Bu barədə Belarus Milli Məclisinin (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.

"Biz dövlət başçılarının müəyyən etdiyi münasibətlərin və razılaşmaların inkişafına yönələcək parlament fəaliyyəti xətti ilə gələcək əməkdaşlığımızla bağlı bütün məsələləri müzakirə edəcəyik", - Respublika Şurasının sədri Natalya Koçanova Sahibə Qafarovanı salamlayaraq bildirib.
 
O xatırladıb ki, danışıqlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana rəsmi səfərindən sonra baş tutur.

Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Sives artıq Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə milli təhlükəsizlik və rəqəmsal texnologiyaların inkişafı da daxil olmaqla əməkdaşlığın prioritet sahələri müzakirə edilib.

Nümayəndə heyətinin səfər proqramına hökumət rəhbərliyi, parlament palataları ilə görüşlər, əməkdaşlıq sənədlərinin imzalanması, Belarus Dövlət Universitetinə səfər və digər tədbirlər daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Siyasət 18:57
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Siyasət 18:08
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol