• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Küveyt səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Küveyt səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
10.09.2024 18:58
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.Bu barədə XİN-dən məlumat verilib.
 
Görüş zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdullah Mohamed Abdullah Almauidiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Cari ildə dost və qardaş Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İkitərəfli əməkdaşlığın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Hökumətlər səviyyəsində əlaqələrin məntiqi nəticəsinin özünü xalqlarımız arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımda biruzə verdiyi bildirilib.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə Küveyt tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Səfir Abdullah Mohamed Abdullah Almauidi Azərbaycandakı diplomatik fəaliyyətinin yekunlaşması ilə əlaqədar qəbula, habelə xoş arzulara görə təşəkkür edib, Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın aparıcı yəhudi təşkilatlarının rəhbərləri Azərbaycana səfər edəcək
Siyasət 16:39
ABŞ-ın aparıcı yəhudi təşkilatlarının rəhbərləri Azərbaycana səfər edəcək

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Siyasət 16:31
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Sülh müqaviləsinin imzalanması üçün parlamentin razılığı vacibdir - Deputat/Video
Siyasət 12:10
Sülh müqaviləsinin imzalanması üçün parlamentin razılığı vacibdir - Deputat/Video
İranda baş verənlər Azərbaycan üçün ciddi təhlükə yarada bilər - Deputat/Video
Siyasət 11:34
İranda baş verənlər Azərbaycan üçün ciddi təhlükə yarada bilər - Deputat/Video
Spiker yaz sessiyasında görüləcək işlərdən danışıb
Siyasət 11:12
Spiker yaz sessiyasında görüləcək işlərdən danışıb
Milli Məclisin yaz sessiyası başlayıb
Siyasət 11:09
Milli Məclisin yaz sessiyası başlayıb
Prezident və xanımı gəncləri təbrik edib
Siyasət 09:24
Prezident və xanımı gəncləri təbrik edib
Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib
Siyasət 22:50
Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib
Azərbaycan və İran prezidentləri regional vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər
Siyasət 21:05
Azərbaycan və İran prezidentləri regional vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol