Azərbaycanda Zəngəzur puası istehsal olunub
![Azərbaycanda Zəngəzur puası istehsal olunub Azərbaycanda Zəngəzur puası istehsal olunub](https://anews.az/photo/850x500/2024-09/1727258041_pua.jpg)
Azərbaycanda "Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub. Bu barədə Trend agentliyi məlumat verib.
PUA ilk dəfə Bakıda keçirilən "ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.
PUA-ın əsas təyinatı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub.
Azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta qənaət edir.
www.anews.az