• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycana təzyiq göstərmək faydasızdır - Rəsmi Moskva

Azərbaycana təzyiq göstərmək faydasızdır - Rəsmi Moskva
09.10.2024 18:38
Azərbaycana təzyiq göstərmək faydasızdır.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

COP29 öncəsi Qərbin Azərbaycana təzyiqi barədə danışan Rusiya XİN sözçüsü qeyd edib ki, iqlim dəyişikliyi qərbli siyasətçilər tərəfindən çox tez-tez siyasi rıçaq kimi istifadə olunur:
"Bu, ABŞ-nin klassik taktikasıdır. Hər il növbəti COP konfransı öncəsi Vaşinqton bu tədbirin sədri olan dövlətə təzyiqi arıtırır. Biz bunu 2022-ci ildə Şarm-əl Şeyxdə keçirilən COP öncəsi, ötən il Dubayda keçirilən tərəflərin konfransı zamanı da görmüşdük. İndi də uydurulmuş bəhanə altında COP29-un sədr dövləti Azərbaycana təzyiqin artırıldığını müşahidə edirik. Düşünürəm ki, Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana müxtəlif məsələlərlə bağlı dəfələrlə təzyiq göstəriblər. Məsələ ondadır ki, söhbət təkcə suveren dövlətə təzyiq göstərməyin yolverilməzliyi barədə prinsipial mövqedən getmir, söhbət ondan gedir ki, bu mövzu Birləşmiş Ştatların özlərinə sərfəli olan qərarların qəbul edilməsi üçün hamının başına vuracağı növbəti siyasi dəyənəyi deyil, real mütəxəssislərin cəlb olunmasını tələb edir”.

Onun sözlərinə görə, bu cür saxta xəbərlər iqlim dəyişikliyi ilə bağlı məşhur mövzu ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur:
"Reallıqda Birləşmiş Ştatlar və digər Qərb ölkələri iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, eləcə də karbon vahidləri üçün beynəlxalq bazarın yaradılması üzrə konsensusun əldə edilməsini faktiki şəkildə sabotaj edirlər”, - deyə Zaxarova yekunlaşdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Siyasət 14:20
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Siyasət 14:13
Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:07
Azərbaycan və BƏƏ XİN-ləriarasında siyasi məsləhətləşmələr keçirilib
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Siyasət 11:58
Əliyev Somali prezidenti ilə təkbətək görüşüb
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Siyasət 10:05
Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Siyasət 20:00
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Somali Prezidenti Azərbaycana gəlib
Siyasət 18:48
Somali Prezidenti Azərbaycana gəlib
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol