• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Britaniyadakı səfirimiz "The Guardian"a etiraz etdi

Britaniyadakı səfirimiz "The Guardian"a etiraz etdi
29.05.2020 04:21

Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov britaniyalı fotojurnalist Anastasiya Teylr-Layndın Azərbaycanın Dağlıq Qarabağ regionuna qanunsuz səfəri və onun Britaniyanın "The Guardian" qəzetində çıxan məqaləsinə etiraz olaraq həmin qəzetə məktub yazıb.

Trend-in "The Guardian" qəzetinə istinadən verdiyi məlumata əsasən, F.Qurbanov məktubunda sözügedən qəzetin Anastasiya Teylr-Layndın Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən toy mərasimində çəkdiyi fotonu və bu barədə məlumatı çap etməsindən narahat olduğunu bildirib: "İncəsənətlə məşğul olan insanlar qərəzsiz və obyektiv olmalıdırlar və münaqişədən əziyyət çəkən bütün insanların vəziyyətini vurğulamalıdırlar".Səfir qeyd edib ki, Anastasiya Teylr-Laynd Azərbaycana gəlib, Dağlıq Qarabağdakı evlərini tərk etməyə məcbur olmuş məcburi köçkünlərin vəziyyətinin şahidi olmalıdır. Səfirin sözlərinə görə, bir başqasının bədbəxtliyi üstündə qurulan xoşbəxtlik barədə yazmaq regiona sülh və stabillik gətirmək səylərini sarsıdır.F.Qurbanov qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna və digər işğal olunmuş ərazilərinə icazəsiz səfərlər qeyri-qanuni hesab olunur: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınan hissəsidir və Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdıran xarici vətəndaşlar bunu Azərbaycanın müvafiq qurumları vasitəsilə həyata keçirməlidirlər. Azərbaycanın Dağlıq Qarabağ regionuna ölkənin icazəsi olmadan səfər edən şəxslərin Azərbaycana səfər etməsi də qadağan olunur".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran prezidenti Qarabağa gəlir
Siyasət 11:20
İran prezidenti Qarabağa gəlir
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Siyasət 10:38
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol