• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Rəsmi Bakıdan Paşinyana cavab

Rəsmi Bakıdan Paşinyana cavab
14.11.2024 18:20
Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır:
"1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş etdirilən rayonlar məsələsinə gəldikdə (Baş nazir onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri) tarixi faktları təhrif etməmək üçün xatırlatmaq lazımdır.
Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər, Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, Baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə Sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".

AYxsn Hacızadə diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə guya Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması fikrinin əsası yoxdur: "Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Siyasət 20:00
Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur - Hikmət Hacıyev
Somali Prezidenti Azərbaycana gəlib
Siyasət 18:48
Somali Prezidenti Azərbaycana gəlib
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Siyasət 16:21
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Siyasət 16:11
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Siyasət 11:43
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol