• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Laçının azad edilməsindən dörd il ötür

Laçının azad edilməsindən dörd il ötür
01.12.2024 08:30
Laçının işğaldan azad edilməsindən 4 il ötür.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol