Minsk qrupunun ləğvi ATƏT-in effektiv fəaliyyətini təmin edəcək – Bayramov
![Minsk qrupunun ləğvi ATƏT-in effektiv fəaliyyətini təmin edəcək – Bayramov Minsk qrupunun ləğvi ATƏT-in effektiv fəaliyyətini təmin edəcək – Bayramov](https://anews.az/photo/850x500/2024-12/1733421429_24cfbac3-3bb2-3224-9960-4ec3d83149cd_850.jpg)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxış edib.Bu barədə XİN-in "X” hesabında paylaşım edilib.
Nazir Azərbaycanın dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.
Ceyhun Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir qeyd edib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.
Azərbaycanın XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddialarından da danışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)