• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Blinken Azərbaycana çağırış edib

Blinken Azərbaycana çağırış edib
11.12.2024 16:20
ABŞ-ın Dövlət Katibi Antoni Blinken Azərbaycan hökumətini həbs olunan jurnalistləri azad etməyə çağırır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi facebook hesabında paylaşım edib. 
 
"Azərbaycan hökuməti Rüfəti, eləcə də haqsız yerə həbs edilmiş bütün digər jurnalistləri, hüquq müdafiəçilərini, siyasi rəqiblərini və digər haqsız həbs edilmiş şəxsləri dərhal azad etməlidir”, - məlumatda deyilir. 
 
Hüquq müdafiəçisi Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
 
Həmçinin bir neçə gün öncə Meydan Tv-nin saxlanılan altı əməkdaşının hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Məhkəmə saxlanılan şəxslərin 4 ay müddətinə həbs olunması ilə bağlı qərar qəbul edib. 
 
Bundan əvvəl  Azərbaycanda fəaliyyət göstərən bir sıra qərb ölkələrinin  səfirləri  Azərbaycanı həbsdə olan hüquq müdafiəçisini azad etməyə çağırıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi buna "bu bəyanatlar Azərbaycanda müstəqil məhkəmə sisteminə açıq-aşkar zərbə vurmaq cəhdidir” cavabını verib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Siyasət 15:49
WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Siyasət 21:47
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb
Siyasət 19:46
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
Siyasət 19:27
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 15:33
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir
Siyasət 14:53
Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir
ABŞ-Azərbaycan münasibətlərinə nə mane olur? - səfir danışdı
Siyasət 08:03
ABŞ-Azərbaycan münasibətlərinə nə mane olur? - səfir danışdı
Netanyahu İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət 23:13
Netanyahu İlham Əliyevə təbrik ünvanlayıb
Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşüb
Siyasət 20:10
Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol