• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Əliyev Ermənistanla sülh müqaviləsi barədə danışıb

Əliyev Ermənistanla sülh müqaviləsi barədə danışıb
18.12.2024 14:08
"Sülh müqaviləsi" və Ermənistanın eyni zamanda Azərbaycana qarşı  silahlanması uzlaşmaz iki kursdur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Sülh müqaviləsi üzrə əslində böyük irəliləyiş əldə etmişik. Sənədin 17 maddəsindən 15-i razılaşdırılıb, cəmi 2 maddə qalıb. Mənim Ermənistanın baş naziri ilə Kazanda keçirdiyim son görüş zamanı hiss etdiklərim və eşitdiklərim ondan ibarət idi ki, bu iki maddə hələ razılaşdırılmayıb, lakin Ermənistanın bizim şərtlərimizi qəbul etməsi mümkündür," - Prezident Əliyev vurğulayıb.

Onun sözlərinə görə, bu maddələrdən biri "bir-birinə qarşı beynəlxalq iddialardan çəkinməklə bağlıdır. Çünki bu, qarşılıqlı məqbul maddədir. Biz son vaxtlar dəyən ziyanla bağlı təhlilləri yekunlaşdırmışıq. Bu təhlillər təxminən 4 il vaxt apardı və sənədləşdirildi. İşğal illərində bizə vurulan ziyanın məbləği 150 milyard dollardan çoxdur. Buna görə də qarşılıqlı iddialardan çəkinmək məqbul bir şərt olardı. Digər maddə isə "sərhədimizdə digər ölkələrin nümayəndələrinin yerləşdirilməməsi ilə bağlıdır. Bu bizim üçün niyə vacibdir? Çünki bizimlə Ermənistan arasındakı sərhəddə guya Avropa müşahidəçiləri adı altında NATO infrastrukturu yaradılıb. Bu müşahidəçilərin göndərilməsi məsələsi əvvəlcə bizimlə razılaşdırılmışdı, lakin sonra razılaşmadan kənar genişləndirildi," -  Əliyev qeyd edib.

Prezident Əliyev Ermənistanın daha iki addım atmalı olduğunu bildirib.
 
"Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki Ermənistanın konstitusiyasında Azərbaycanın ərazilərinə qarşı iddialar var. İkincisi isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir. Bu qrup artıq funksional deyil və əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, bu qrup nəyə lazımdır? Ermənistanın Minsk Qrupunun ləğvinə razılıq verməməsi revanşist planların olduğunu göstərir. "Sadaladığım məsələlər həll edilsə, sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq," -  Əliyev vurğulayıb.
 
N.Təbrizli

































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Yenilənib
Siyasət 15:16
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Yenilənib
XİN sülh müqaviləsi ilə bağlı son vəziyyəti açıqlayıb
Siyasət 17:20
XİN sülh müqaviləsi ilə bağlı son vəziyyəti açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol