• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Qarabağda nə qədər erməni qalıb? - Prezident açıqladı

Qarabağda nə qədər erməni qalıb? - Prezident açıqladı
18.12.2024 20:29
Son məlumatlara görə Qarabağda 20 erməni vətəndaşı yaşayır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

"Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz "Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni, hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı. Belə olan halda orada vəziyyət dəyişdi, orada qalanlar, - onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib”,- dövlət başçısı qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Siyasət 16:45
Somali Prezidenti bu gün Azərbaycana səfərə gəlir
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Siyasət 16:34
Şimal-Cənub dəhlizi ilə bağlı saziş təsdiqlənib
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Siyasət 16:21
Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Siyasət 16:11
Prezident konstitusiya və suverenlik ili ilə bağlı sərəncam imzalayıb
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Siyasət 11:43
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib


Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Siyasət 11:13
Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
XİN Paşinyana cavab verib
Siyasət 11:00
XİN Paşinyana cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol