AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
![AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters](https://anews.az/photo/850x500/2025-02/1738689781_photo_2025-02-04_19-52-16-2.jpg)
Dekabrda Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsinə qıraqdan zərbənin vurulması dedikdə təyyarənin Rusiyanın Pantsir-S hava hücumundan müdafiə sistemi ilə vurulması nəzərdə tutulub. Bunu Reuters Xəbər Agentliyinə Azərbaycan hökumətinə yaxın mənbə bildirib.
"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S” raketinin fraqmenti var”, - mənbə bildirib.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
N.Təbrizli
![](https://anews.az/file/articles/2025-02/1738689833_photo_2025-02-04_19-52-16.jpg)
![](https://anews.az/file/articles/2025-02/1738689770_photo_2025-02-04_19-52-15.jpg)
www.anews.az
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)