• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Əliyev Ərdoğana zəlzələ ilə bağlı başsağlığı verib

Əliyev Ərdoğana zəlzələ ilə bağlı başsağlığı verib
05.02.2025 15:16
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş verən dağıdıcı zəlzələnin ikinci ildönümü ilə bağlı bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığında deyilir:


"İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.


Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.


Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.


"Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.


Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.


Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib


Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Siyasət 11:13
Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Azərbaycan insan kapitalına görə dünyada 69-cu sırada qərarlaşıb - Deputat
Siyasət 10:39
Azərbaycan insan kapitalına görə dünyada 69-cu sırada qərarlaşıb - Deputat
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Siyasət 19:23
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:06
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Prezident fərman imzalayıb
Siyasət 17:04
Prezident fərman imzalayıb
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Siyasət 16:41
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Siyasət 16:38
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol