• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan

Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
10.02.2025 16:38

Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş, Ermənistan və Azərbaycanın Alma-Atı bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması haqqında strateji razılaşmaya sadiqdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin rəsmi KİV-lərində dərc edilmiş məqaləsində yazıb.

Ermənistan qarşısına hazırda "Azərbaycanın işğalı altında olan" 200 kv. km-dən çox ərazilərinin hərbi yolla qaytarılması vəzifəsi qoymur. Delimitasiya prosesində onu təcrübi şəkildə həll etmək üçün real və obyektiv imkanlar mövcuddur. "Deməli, Ermənistanın Azərbaycana hücum etmək niyyəti haqqında tezislər sadəcə olaraq uydurmadır", deyə Paşinyan yazır.

Ermənistan öz ordusunda yuxarıda qeyd edilən prinsip çərçivəsində, yəni beynəlxalq səviyyədə tanınmış ərazisini qorumaq üçün islahatlar aparır və bu, istənilən ölkənin hüququdur.

Ermənistanın təhlükəsizliyi üçün təhdid Azərbaycandan gəlir, burada ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü şübhə altına qoyan bəyanatlar səslənir. Ermənistan baş naziri hesab edir ki, bu bəyanatlar "Qərbi Azərbaycan" haqqında tezisdə ən dolğun şəkildə əksini tapıb.

Bu vəziyyətin həlli masadadır, sülh müqaviləsinin maddələri kimi razılaşdırılıb. Ermənistan iki razılaşdırılmamış maddə ilə bağlı həlləri təklif edib və Azərbaycan tərəfindən müsbət cavab gözləyir.

Ermənistan Azərbaycandan Naxçıvana dəmir yolu daşımalarının həyata keçirilməsi və Ermənistan ərazisindən keçməklə və əks istiqamətdə beynəlxalq əlaqənin qurulması haqqında yazılı təklifi Azərbaycana təqdim edib və Azərbaycanın müsbət cavabını gözləyir.

 Bu günlərdə hərbi əsirlərin, girovların və itkin düşmüşlərin işləri üzrə ikitərəfli komissiyaların nümayəndələrinin görüşü keçirilib.

"Bütün bunlar o deməkdir ki, regionda gərginlik üçün heç bir zəmin yoxdur, sülh üçün bütün zəminlər yaradılıb. Gərginlik yaratma siyasətindən imtina etmək və institusional sülhü bərqərar etmək lazımdır. Ermənistan nəinki buna hazırdır, o, bu yoldan əl çəkməyəcək", deyə Nikol Paşinyan sonda qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Siyasət 11:43
Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib
Siyasət 11:16
Əliyev İranın Ali Rəhbərinə təbrik məktubu göndərib


Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Siyasət 11:13
Президент Ильхам Алиев поздравил иранского коллегу Масуда Пезешкиана
Azərbaycan insan kapitalına görə dünyada 69-cu sırada qərarlaşıb - Deputat
Siyasət 10:39
Azərbaycan insan kapitalına görə dünyada 69-cu sırada qərarlaşıb - Deputat
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Siyasət 19:23
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:06
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Prezident fərman imzalayıb
Siyasət 17:04
Prezident fərman imzalayıb
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Siyasət 16:41
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Siyasət 16:38
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol