• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib

Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
10.02.2025 19:23

Xarici işlər naziri Ceyhun Bayramov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Dmitri Pineviçi qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.

Dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda aparılan dialoqların mühüm rolu qeyd edilib.

Bu baxımdan ötən ilin 17 may tarixində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərə getməsinin ölkələr arasındakı strateji tərəfdaşlığın yüksək göstərici olduğu vurğulanıb.

Azərbaycan və Belarus arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticari, elmi, təhsil, mədəniyyət, turizm və digər istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə Azərbaycan və Belarus arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə dair atılan addımların ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın istiqamətində Azərbaycan Respublikası və Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi önə çəkilib.

Ölkələrin regional və beynəlxalq təşkilatlarda, o cümlədən BMT, MDB, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq etdiyi və bu təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Səfir Dmitri Pineviç Azərbaycanda diplomatik missiyasına başlamaqdan məmnunluq duyduğunu ifadə edərək, səmimi qəbula görə minnətdarlığını bildirib,iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Siyasət 19:23
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:06
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Prezident fərman imzalayıb
Siyasət 17:04
Prezident fərman imzalayıb
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Siyasət 16:41
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Siyasət 16:38
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Siyasət 11:14
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Azərbaycan nefti ucuzlaşıb
Siyasət 10:58
Azərbaycan nefti ucuzlaşıb
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Siyasət 21:23
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol