• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib

Hüquq müdafiəçiləri həbs olunan jurnalistin işi ilə bağlı DİN-də görüş keçirib
11.02.2025 16:21

Azərbaycanın hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Sayida Qocamanlı və Səadət Babanlyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.

Hüquq müdafiəçiləri dinlənilib və onlara bildirilib ki, müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcək.

Fevralın 12-də saat 14:00-da jurnalistin apellyasiya şikayətinə baxılması təyin edilib.

Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Fevralın 6-da Xətai Rayon Məhkəməsi Toplum TV işi çərçivəsində jurnalist Bəylərqızını (Hüseynova) 3 ay 15 gün müddətinə həbs edib. O, bu işin digər fiqurantları kimi, xarici valyuta qaçaqmalçılığı və digər iqtisadi cinayətlərdə ittiham olunur.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta Dəhliz aşağı nəqliyyat xərci ilə yüklərin daşınmasına faydalı olacaq-Qırğızıstanın sabiq baş naziri
Siyasət 12:36
Orta Dəhliz aşağı nəqliyyat xərci ilə yüklərin daşınmasına faydalı olacaq-Qırğızıstanın sabiq baş naziri
Baş nazir bu il nə qədər ərazinin minadan təmizlənəcəyini açıqlayıb
Siyasət 12:13
Baş nazir bu il nə qədər ərazinin minadan təmizlənəcəyini açıqlayıb
Ermənistan sülhə tez bir zamanda razılaşmalıdır-Bülent Arınç
Siyasət 12:01
Ermənistan sülhə tez bir zamanda razılaşmalıdır-Bülent Arınç
Qarabağa köçürülən ailələrin sayı açıqlanıb
Siyasət 12:00
Qarabağa köçürülən ailələrin sayı açıqlanıb
Ballıca kəndində növbəti 24 ailə köçürülüb
Siyasət 11:56
Ballıca kəndində növbəti 24 ailə köçürülüb
Aİ mövqeyini ortaya qoymalı, Rusiya Ukrayna məsələsini həll etməlidir-Kolinda Qrabar
Siyasət 11:25
Aİ mövqeyini ortaya qoymalı, Rusiya Ukrayna məsələsini həll etməlidir-Kolinda Qrabar
Əli Əsədov Paralamentdə hesabat verir
Siyasət 11:13
Əli Əsədov Paralamentdə hesabat verir
Milli Məclisin iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin iclası başlayıb
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
Siyasət 10:47
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol