Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən şəxlərin məhkəməsində hər iki tərəfin verdiyi apellyasiya şikayəti təmin olunmayıb və hökm qüvvədə qalıb.
Məhkəmə hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilib.
Fazil Mustafa martın 28- də Sabunçu rayon Zabrat qəsəbəsində evinin qarşısında sui-qəsd təşkil olunub. Nəticədə atılan 7 güllədən ikisi deputata dəyib.
Dövlət Təhükəsizlik Xidməti baş verən hadisəsini terror aktı kimi qiymətləndirib və hadisəni törədən şəxsə cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Aytac