Gürcüstan üçün "3+3" formatlı qapılar hərzaman açıqdır - Lavrov

“3+3” formatında qapılar Gürcüstan üçün açıqdır. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında parlamentin iclasında bildirib.
“Əvvəldən hamı razılaşdı ki, bizdə “üç üstəgəl üç” formatı var və biz Gürcüstanın mövqeyinin şübhələrini və nüanslarını başa düşürük”,- o bildirib.
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib.
Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
Gülnar
Son xəbərlər
Daha çox 