• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

XİN Paşinyanın komnukasiya ilə bağlı açıqlamasına cavab verib

XİN Paşinyanın komnukasiya ilə bağlı açıqlamasına cavab verib
04.03.2025 17:46

Ermənistan, həqiqətən də, bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş nazirinin “Armenpress” xəbər agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında deyib.

O qeyd edib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib:

"30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur", - məlumatda deyilir. 

Hacızadə vurğulayıb ki, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
Siyasət 18:55
İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
Hikmət Hacıyev Fələstin səfirini qəbul edib
Siyasət 18:21
Hikmət Hacıyev Fələstin səfirini qəbul edib
Prezident D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Siyasət 18:13
Prezident D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
XİN Paşinyanın komnukasiya ilə bağlı açıqlamasına cavab verib
Siyasət 17:46
XİN Paşinyanın komnukasiya ilə bağlı açıqlamasına cavab verib
Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb
Siyasət 22:40
Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb
Ceyhun Bayramov Qui-Yeop Son ilə görüşüb
Siyasət 21:58
Ceyhun Bayramov Qui-Yeop Son ilə görüşüb
Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək
Siyasət 19:48
Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 16:17
Prezidentdən yeni təyinat - Sərəncam
Hikmət Hacıyev BMT rəsmisi ilə görüşüb
Siyasət 14:14
Hikmət Hacıyev BMT rəsmisi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol