Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da bu ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Şalva Papuaşvili bu səfərin Gürcüstanda keçirilən parlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunvericilik orqanının rəhbəri səviyyəsində ilk rəsmi səfər olduğunu bildirib.
O, bunu ölkələr arasında yüksək səviyyəli dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib.
Papuaşvili Azərbaycanın Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Gürcüstan parlamentinə keçirilən seçkilər və yenidən parlamentin spikeri seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Spikerin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər.
Qeyd olunub ki, Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Xatirə kitabını imzalayıb.
Son xəbərlər
Daha çox 