• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident

Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident
13.03.2025 11:50

Azərbaycan Cənubi Qafqazda sülhü qurmaq istəyən ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. 

"Azərbaycan sülh müqaviləsinin müəllifidir. Cənubi Qafqazda sülh qurmaq istəyirik. Hazırda bu istiqamətdə danışıqlar davam edir və əksər bəndlər razılaşdırılıb", - Əliyev deyib. 

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin 90%-ni razılaşdırıblar.

Bundan əvvəl Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu sayca 11-ci təkliflər paketidir. 
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ümid edib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. 
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb- Ceyhun Bayramov
Siyasət 15:41
Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb- Ceyhun Bayramov
PrezidentJelka Tsviyanoviç ilə görüşüb
Siyasət 14:38
PrezidentJelka Tsviyanoviç ilə görüşüb
Azərbaycan Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarıdır- Hikmət Hacıyev
Siyasət 13:43
Azərbaycan Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarıdır- Hikmət Hacıyev
Ermənistanın silahlanmasının qarşısı alınmalıdır- Hikmət Hacıyev
Siyasət 13:15
Ermənistanın silahlanmasının qarşısı alınmalıdır- Hikmət Hacıyev
Prezident sərəncam imzalayıb
Siyasət 12:45
Prezident sərəncam imzalayıb
Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir-Hikmət Hacıyev
Siyasət 12:35
Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir-Hikmət Hacıyev
Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident
Siyasət 11:50
Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident
Prezident Forumda iştirak edir
Siyasət 10:06
Prezident Forumda iştirak edir
Sabah Milli Məclisdə hökumətin hesabatı müzakirə ediləcək
Siyasət 09:20
Sabah Milli Məclisdə hökumətin hesabatı müzakirə ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol