• $ 1.7
  • € 1.8519
  • ₽ 1.9517
  • ₺ 0.0465
  • £ 2.2035

Bayramov İƏT-in baş katibi ilə görüşüb

Bayramov İƏT-in baş katibi ilə görüşüb
14.03.2025 19:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan ilə görüşüb.Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, Təşkilatın fəaliyyətinin gücləndirilməsi səyləri, Təşkilatın ölkəmizdə keçiriləcək Zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının işinə əhəmiyyət verdiyini, Təşkilatın əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.

Cari ildə Azərbaycanda keçiriləcək Zirvə görüşünün İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov İƏT-in baş katibi ilə görüşüb
Siyasət 19:14
Bayramov İƏT-in baş katibi ilə görüşüb
Prezident “Euronews”a müsahibə verib
Siyasət 18:20
Prezident “Euronews”a müsahibə verib
Milli Məclisin növbəti iclası martın 18-də baş tutacaq
Siyasət 16:34
Milli Məclisin növbəti iclası martın 18-də baş tutacaq
Baş nazir deputatların təkliflərinə cavab verib
Siyasət 16:20
Baş nazir deputatların təkliflərinə cavab verib
Ermənistanın sürətlə silahlandırma siyasəti aparması bölgə üçün riskdir- XİN müavini
Siyasət 14:18
Ermənistanın sürətlə silahlandırma siyasəti aparması bölgə üçün riskdir- XİN müavini
Orta Dəhliz aşağı nəqliyyat xərci ilə yüklərin daşınmasına faydalı olacaq-Qırğızıstanın sabiq baş naziri
Siyasət 12:36
Orta Dəhliz aşağı nəqliyyat xərci ilə yüklərin daşınmasına faydalı olacaq-Qırğızıstanın sabiq baş naziri
Baş nazir bu il nə qədər ərazinin minadan təmizlənəcəyini açıqlayıb
Siyasət 12:13
Baş nazir bu il nə qədər ərazinin minadan təmizlənəcəyini açıqlayıb
Ermənistan sülhə tez bir zamanda razılaşmalıdır-Bülent Arınç
Siyasət 12:01
Ermənistan sülhə tez bir zamanda razılaşmalıdır-Bülent Arınç
Qarabağa köçürülən ailələrin sayı açıqlanıb
Siyasət 12:00
Qarabağa köçürülən ailələrin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol