• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
22.03.2025 09:57

Martın 21-də BMT-nin Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyası çərçivəsində Azərbaycanın təklifi əsasında "Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadınların və uşaqların azadlığa buraxılması” adlı qətnamə qəbul olunub.

 

Sənəd BMT-nin elektron bazasına yerləşdirilib.

 

1994-cü ildən başlayaraq iki ildən bir gündəmə gətirilən bu sənəd silahlı qarşıdurmalar zamanı qadın və uşaqların vəziyyətinə xüsusi önəm verir və girovluq məsələsini vurğulayır. Qətnamədə bu cür hərəkətlərin qanuna zidd və əsassız olduğu qəti şəkildə qeyd edilir.

 

Sənəd münaqişə zonalarında beynəlxalq humanitar hüququn pozulması ilə mülki şəxslərə qarşı yönəlmiş hər cür zorakılığı qınayır, buna qarşı səmərəli addımların atılmasını və xüsusilə girovluqda olan qadın və uşaqların tez bir zamanda azad edilməsini tələb edir.

 

Bundan başqa, qətnamə münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görməyə dəvət edir.

 

Eyni zamanda, dövlətlərə girovluqdakı qadın və uşaqların yerini və taleyini öyrənmək üçün təcili tədbirlər həyata keçirmək tapşırığı verilir. Sənəddə məsuliyyətin gücləndirilməsinin vacibliyi vurğulanır və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətlərdə təqsirli şəxslərin müəyyənləşdirilməsi, təqib olunması və cəzalandırılması üçün dövlətlərin üzərinə düşən vəzifələr xatırladılır.

 

Qətnamənin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığın genişləndirilməsi, girovların təhlükəsizliyinin və insan ləyaqətinin qorunması, onların azadlığa çıxarılması, reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası üçün mexanizmlərin təkmilləşdirilməsidir.

 

BMT-nin Baş katibi Antoniu Quterriş Qadınların Statusu Komissiyasının 71-ci sessiyasında bu qətnamənin icrasına dair ətraflı hesabat təqdim edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Siyasət 13:54
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Siyasət 06:13
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Siyasət 21:26
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol