İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".
Oxşar xəbərlər
Oxşar xəbərlər